Ana səhifə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Göyçayın tarixi

Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal

 hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir

«Göyçay» əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır.Bəzi tarixi mənbələrə görə, rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşmışdır. XIX əsrin 50-ci illərində Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və bununla da yaşayış məntəqəsi genişlənməyə başlanmışdır. Çar hökumətinin Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. Qəza mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916-cı ildən şəhər adlandırılmışdır. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu il avqust ayının 8-də Göyçay rayonu təşkil edilmişdir. Göyçay şəhərinin inkişafı təxminən XX əsrin 30-cu illərindən başlanmışdır. Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən bir sıra abidələr vardır. Rayonun Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş və Ərəb xilafəti dövrünə aid "Surxay" qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edir. XIX əsrin axırlarında inşa edilmiş yer hamamı və 4 məscid də rayonun tarixi abidələri sırasına daxildir.Rayonun ərazisi tikinti sənayesində istifadə olunan təbii ehtiyatlarla zəngindir. Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır. Rayonun Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göyçaylıar yaxından iştirak etmişlər. Qarabağın Ermənistan silahlı birləşmələrindən azad olunması uğrunda döyüşlərdə göyçaylılar 163 şəhid vermiş, 44 nəfər itkin düşmüş, 106 nəfər şikəst olmuşdur.

 

Göyçayın ziyalıları

 Göyçay torpağı respublikamızın tarixinə tanınmış ictimai xadimlər, yazıçı-şairlər, sənətkarlar və incəsənət xadimləri bəxş etmişdir. Bu sırada Həbibi, Qantəmir, Abdulla Faruq, Rəsul Rza, Rauf Atakişiev, Əli Kərim, Ənvər Məmmədxanlı, İsgəndər Coşqun, Anar, Əli Səmədli, İbrahim Göyçaylı kimi tanınmış mədəniyyət və incəsənət xadimlərini xüsusi qeyd etmək lazımdır.Göyçay rayonunda onlarla elmlər doktoru, professor, elmlər namizədi, alim yetişmişdir.Rayon əhalisinin sosial-mədəni inkişafını təmin etmək üçün çoxsayğı mədəniyyət obyektləri sakinlərin xidmətindədir.

Təhsil

Göyçay rayonunun təhsil sistemi son illər xeyli inkişaf etmiş, orta təhsil müəssisələrinin sayı artmış, təhsildə irəliləyişlər əldə edilmişdirRayonun təhsil sisteminə həmçinin 5 məktəbdənkənar tədris müəssisəsi, o cümlədən 1 texniki yaradiciliq mərkəzi və 1uşaq yaradiciliq mərkəzi daxildir.Hazırda həyata keçirilən «Göyçay rayonunun Sosial-İqtisadi İnkişaf Proqramı (2004-2008-ci illər)»da əksini tapan tədbirlər rayonun təhsil sisteminin strkuturunun və məzmunumın yeniləşməsinə və daha mütərrəqqi tələbələrə cavab verməsinə yönəldilmişdirGöyçay rayonunun əhalisinin 33%-ini, yəni təxminən 33 min nəfərini gənclər təşkil edir.Rayonda gənclərlə bağlı tez-tez müxtəlif tədbirlər keçirilir.Hər il fevral ayının 2-də Rayon Icra Hakimiyyəti ali məktəblərə qəbul olunmuş gənclərlə göruş keçirir. Son illər həmçinin ordudan tərxis olunmuş göyçaylı gənclərlə onların sahibkarliq fəaliyyətinə yardim meqsədilə görüşlərin keçirliməsi adi hala çevrilib. Rayon Gənclər, Idman və Turizm İdarəsi də gənclərlə mütamadi olaraq, müxtəlif səpgili görüşləri təşkil edir. Bundan əlavə, hər il bütün tarixi və əlamətdar günlər rayonda geyd olunur.

Tədbirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Göyçay rayonunda olmuşdur. Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və qızı Leylanı qarşılamaq üçün küçə və meydanlara çıxan göyçaylılar onlara böyük sevgi-məhəbbətlərini, istəklərini gül-çiçəklə, səmimi sözlərlə bildirirdilər. Yol boyu minlərlə sakinin əllərində ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, Azərbaycan dövlətinin başçısını salamlayan şüarlar var idi.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı nda Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir.

Nar bayramı

Bİldiyiniz kimi ötən günlərdə Göyçay rayonunda bütün rayon sakinlərinin neçə vaxtdan bəri gözlədikləri bir tədbir başladı. Bu tədbiri xalq Nar bayramı adlandırdı..

Göyçayda təbiətin bütün fəsilləri, təbii ki, gözəldir. Amma bu ilin son baharı Göyçay daha füsunkar görünürdü. Ona bu füsunkarlığı gətirən rayonun tarixində ilk dəfə keçirilən “Nar bayramı” oldu. Onu da deyək ki, rayonun sosial-iqtisadi inkişafına, məişət və mədəniyyətinə tarixi baxış kimi dəyərləndirilən bu bayram əsl el şənliyinə çevrildi.

 

 
Azərbaycan Respublikası Qoyçay rayon   nümayəndələrinin işgüzar  səfəri .

 

Yanvarın 30-da Göyçay rayon (Azərbaycan Respublikası) nümayəndə heyəti Lidskiy rayonuna işgüzar səfərə gəldi.

 

 Nümayəndə heyətinə Göyçay rayon İcra Hakimyətinin Başçısı Mübariz Ağayev rəhbərlik edirdi.


 

Fevralın 1-i saat 11.00- da Lidskiy və Göyçay rayonları arasında   garşılıqlı əməkdaşlıq haqqında razılıq imzalandı.



Nümayəndə heyəti “Lidselmaş”ASC- də,”Lidaqroprommaş” ASC-ndə, “Neman”təcrübə zavodunda,Mojeykovo Likyor zavodunda,Mojeykovo rayonundakı ”Novıy vek” fermasında oldular.